Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən üçü tatami üzərinə çıxıb və 1/4 finalda məğlub olub.
+100 kq çəki dərəcəsində çıxış edən Uşangi Kokauri özbək cüdoçusu Muzaffərbək Turaboyevə uduzub.
78 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli isə qazaxıstanlı rəqib Aruna Yangeldina ilə qarşılaşmada məğlub olub.
90 kq çəki dərəcəsində döyüşən Elcan Hacıyev 1/4 finalda qazaxıstanlı Aydar Arapova yenilib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
