Azərbaycanın İslamiada açılışındakı bayraqdarları açıqlanıb

Xəbərlər
7 Noyabr 2025 13:12
171
Azərbaycanın İslamiada açılışındakı bayraqdarları açıqlanıb

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz