Bu gün Misli Premyer Liqasının XI turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək.
Saat 15:44-də başlanacaq matçın baş hakimi Nicat İsmayıllı olacaq. Naxçıvan təmsilçisi 16 xalla altıncı, “Karvan-Yevlax” isə beş xalla on birinci pillədə qərarlaşıb.
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Araz-Naxçıvan” - “Karvan-Yevlax” qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
