“Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək

Xəbərlər
7 Noyabr 2025 09:33
43
“Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında XI turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək.

Bu görüş saat 16:44-də başlayacaq. “Qırmızı-qaralar” beş xalla onuncu, “gənclik şəhəri” təmsilçisi 17 xalla beşincidir.

16:44. “Qəbələ” - “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

“Qəbələ” “Sumqayıt” qarşılaşması Qəbələ şəhər stadionuda baş tutacaq.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

İdman.Biz