VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Aytac Qardaşxanlı 1/4 final mərhələsində iranlı cüdoçu Maryam Barbati üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycan cüdoçularından Günel Həsənli (78 kq), Elcan Hacıyev (90 kq) və Uşangi Kokauri (+100 kq) isə 1/4 final mərhələsində rəqiblərinə məğlub olublar.
