Hidayət Heydərov və Könül Əliyeva İslam Həmrəyliyi Oyunlarının FİNALINDA - YENİLƏNİB + FOTO

Xəbərlər
8 Noyabr 2025 15:52
108
Hidayət Heydərov və Könül Əliyeva İslam Həmrəyliyi Oyunlarının FİNALINDA - YENİLƏNİB + FOTO

VI İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan cüdoçuları Könül Əliyeva və Hidayət Heydərov final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, Könül Əliyeva yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı yuko xalı ilə (rəqibə qarşı üstünlük qazandığı xal) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Finalda Könül Əliyeva Türkiyə təmsilçisi Tuğçe Beder ilə qarşılaşacaq.

Eyni zamanda Hidayət Heydərov da yarımfinalda rəqibi Abubakr Şerovu (Tacikistan) üstələyərək finala vəsiqə qazanıb.

14:18

VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 73 kq çəki dərəcəsində təmsil edən Olimpiya çempionu Hidayət Heydərov yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, o, ikinci görüşündə Faye Njie (Qambiya) ilə qarşılaşıb və yuko xalı ilə (rəqibə qarşı üstünlük qazandığı xal) qalib gəlib.

Yarımfinal mərhələsində Heydərov Abubakr Şerov (Tacikistan) ilə üz-üzə gələcək.

13:25

VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 73 kq çəki dərəcəsində təmsil edən Olimpiya çempionu Hidayət Heydərov ilk görüşündə Cibutidən olan rəqibi Aden-Aleksandr Husseyni məğlub edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Heydərov növbəti mərhələdə, yəni 1/4 finalda, Faye Njie (Qambiya) ilə qarşılaşacaq.

Eyni zamanda, -52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva ilk görüşündə Türkiyədən olan rəqibi Buketnur Karabuluta uduzub və yarışdan kənarlaşıb.

İdman.Biz