Südabə Ağayeva İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Xəbərlər
9 Noyabr 2025 18:38
52
Südabə Ağayeva İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı - YENİLƏNİB + FOTO

VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.

İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdieva ilə qarşılaşıb və görüşü qələbə ilə başa vuraraq qızıl medala sahib çıxıb.

15:16

VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.

İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva yarımfinal mərhələsində kamerunlu rəqibi Zita Ornella Biamini məğlub edərək finala yüksəlib.

90 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev təsəlliverici görüşdə mərakeşli idmançı Aşraf Muaitini üstələyib və yarışda medal şansını qoruyub.

İdman.Biz