Bu gün Misli Premyer Liqasında XI tur start götürəcək.
İdman.Biz xəbər verir ki, “Zəfər turu”nun açılış oyununda “Şamaxı” komandası öz meydanında “İmişli”ni qəbul edəcək”.
Qarşılaşma saat 13:44-də start götürəcək. Meydan sahibləri 10 xalla doqquzuncu, qonaqlar 12 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
11-ci tur
7 noyabr (cümə)
13:44. “Şamaxı” - “İmişli”
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Şamaxı” - “İmişli” qarşılaşması Şamaxı şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
