Kəmər dərəcələri üzrə rəsmi imtahan BÖLGƏDƏ

Xəbərlər
16 Oktyabr 2025 12:04
41
Kəmər dərəcələri üzrə rəsmi imtahan BÖLGƏDƏ

Şəkidə Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

İdman.Biz xəbər verir ki, imtahan yeddi yaşdan yuxarı cüdo ilə məşğul olan bütün idmançılar üçün açıqdır.

Kəmər seçimi namizədlərin yaşına uyğun olaraq müəyyən ediləcək. İmtahanı uğurla keçən iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.

Qeyd edək ki, kəmər imtahanı idmançının peşəkarlıq səviyyəsini qiymətləndirmək və rəsmi olaraq tanınmaq, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan oktyabrın 22-də Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.Biz