FEI Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə verib

Xəbərlər
20 Noyabr 2023 18:22
242
FEI Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə verib

Beynəlxalq Atçılıq Federasiyası (FEI) Rusiya və Belarus idmançılarının neytral statusda turnirlərdə iştirak etməsinə icazə verib.

İdman.biz xəbər verir ki, bu barədə FEI-nin İcraiyyə Komitəsi qərar qəbul edib.

Bildirilib ki, uzun sürən danışıqlardan sonra bu addım atılıb. Beynəlxalq təşkilatın qərarının icrasının şərtləri və vaxtı 2023-cü ilin dekabrında təsdiqlənəcək. Bununla bağlı telekonfrans planlaşdırılır.

Qeyd edək ki, noyabrın 10-da Beynəlxalq Gimnastika Federasiyası da rusiyalıların beynəlxalq turnirlərə buraxılması üçün şərtləri açıqlayıb. Yerli idmançılar yalnız neytral statusda yarışlara qatıla biləcəklər.

İdman.biz