Patrik Makenti beynəlxalq turnirdə ikinci oldu

7 Sentyabr 2026 18:19
77
Patrik Makenti beynəlxalq turnirdə ikinci oldu

Azərbbaycanı atçılığın konkur növündə təmsil edən Patrik Makenti Belçikanın Lier şəhərində təşkil olunmuş turnirdə uğurla çıxış edib.

İdman.Biz xəbər verir ki, o, hündürlüyü 135 santimetr olan maneələrin dəf edilməsində 39 idmançı arasında 59.90 saniyə nəticə və 0 cərimə balı ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

6-8 yaş arası olan atların 130 santimetr hündürlüklü maneələri dəf edilməsi yarışında 28 atlı iştirak edib. Patrik Makenti marşrutu bu dəfə də cərimə balı olmadan, 69.16 saniyə vaxta keçib. Bu nəticə ilə o 5-ci pillədə qərarlaşıb.

Qarşıda idmançımızı 16-20 sentyabr aralığında Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatı gözləyir.

İdman.Biz