“See Breeze 2026” turnirində iştirak edəcək komandalar təqdim olunub - FOTO

10 Sentyabr 2026 21:14
66
“See Breeze 2026” turnirində iştirak edəcək komandalar təqdim olunub

Sentyabrın 11-13-ü aralığında keçiriləcək “See Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimolma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov turnirdə iştirak edəcək komandalara uğurlar arzulayıb və güclünün qalib gələcəyinə ümid etdiyini bildirib.

“World Polo” şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiya kollektivlərini ardıcıllıqla səhnəyə dəvət edib. Sonda komandalar kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, sentyabrın 11-də saat 16:00-da turnirin açılış oyununda qum üzərinə “Red Star” və “Sankt Moritz” komandaları çıxacaqlar. Günün ikinci matçında isə yerli “Elite Polo Club” “Moscow Polo Club”la qarşılaşacaq.

Turnirə sentyabrın 13-də yekun vurulacaq.

İdman.Biz