Millimizin kapitanı: “Zəfər Günü xüsusi bir qələbə qazandıq”

Xəbərlər
9 Noyabr 2023 11:27
265
Millimizin kapitanı: “Zəfər Günü xüsusi bir qələbə qazandıq”

“Çox xoşbəxtəm. Zəfər Günü xüsusi bir qələbə qazandıq”.

Bunu İdman.bizə çövkən üzrə Azərbaycan millisinin üzvü Elçin Camallı deyib.

Komandasının kapitanı yığmanın ilk dünya çempionatında çempion olmasına münasibət bildirib. Onun sözlərinə görə, Zəfər Günündə qalib gəlməyi özlərinə borc biliblər: “Bütün dünya bilir ki, Azərbaycan qalib xalqdır və bizə qələbələr yaraşır. Biz də idmançı olaraq meydanda gücümüzü düzgün rəqabətlə ortaya qoyub qalib gəldik. Çox qürurverici hissdir. Gələcəkdə daha çox uğurlar qazanmağa çalışacağıq”.

Qeyd edək ki ilk dəfə keçirilən dünya çempionatının qalibi Azərbaycan olub. Millimiz finalda Mərakeşi (4:0) məğlub edib.

Emin Ağa

İdman.biz