Polşa yığması dünya üçüncüsü olub - FOTO

Xəbərlər
8 Noyabr 2023 16:56
288
Polşa yığması dünya üçüncüsü olub - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında ilk mükafatçı bəlli olub.

İdman.biz xəbər verir ki, ilk dəfə təşkil olunan mundialda bürünc medalı Polşa millisi qazanıb.

Onlar 3-cü yer uğrunda görüşdə Özbəkistan ilə üz-üzə gəliblər. Polşa 5:0 (4:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, finalda Azərbaycan Mərakeşlə qarşılaşacaq.

Emin Ağa

İdman.biz