Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatına start verilib.
İdman.biz xəbər verir ki, turnirin ilk günündə üç oyun baş tutub.
Açılış görüşündə Azərbaycan yığması Türkiyə ilə qarşılaşıb. Oyun millimizin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Özbəkistan – Polşa qarşılaşmasında asiyalılar güclü olublar - 4:3. Mərakeş isə Qazaxıstana 3:1 hesabı ilə qalib gəlib.
Sabah dünya çempionatında Azərbaycan - Qazaxıstan, Mərakeş - Polşa, Özbəkistan - Türkiyə oyunları keçiriləcək.
Turnirə noyabrın 8-də yekun vurulacaq.
İdman.biz