Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycan millisi finalda - İdman və Biz

Azərbaycan millisi finalda

Xəbərlər
14 İyun 2024 20:26
722
Azərbaycan millisi finalda

Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatının finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması həlledici oyuna vəsiqə qazanıb.

Millimiz qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Komandamız son turda Özbəkistanı 7:0 hesabı ilə məğlub edib. Çempionatın reqlamentinə görə, yığmamız digər qrupun qalibi Mərakeşlə qarşılaşacaq.

Qrup ikinciləri - Özbəkistan və Nigeriya isə bürünc uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan yığması qrupun əvvəlki turlarında Qazaxıstan, Türkiyə və Maltanı məğlub edib.

İdman.biz