Ukrayna məşhur hokkeyçini axtarışa verib - FOTO

Xəbərlər
11 Sentyabr 2025 09:00
53
Ukrayna məşhur hokkeyçini axtarışa verib - FOTO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) sabiq hokkeyçi Vyaçeslav Fetisovu axtarışa verib.

İdman.biz xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məşhur hokkeyçi qiyabi olaraq "Ukraynanın ərazi bütövlüyünə təcavüz" maddəsi üzrə ittiham olunur.

Qeyd edək ki, hokkey üzrə ikiqat Olimpiya çempionu olan Fetisov Rusiyanın Dövlət Dumasının deputatıdır.

İdman.biz