ABŞ komandası dünya çempionu olub

Xəbərlər
26 May 2025 01:28
60
ABŞ komandası dünya çempionu olub

Hokkey üzrə ABŞ yığması tarixində 3-cü dəfə dünya çempionluğunu qazanıb.

İdman.biz xəbər verir ki, amerikalılar əsas vaxtı qolsuz bitən finalın əlavə vaxtında İsveçrə komandasına 1:0 hesabı ilə qalib gəliblər.

Dünya çempionatının ev sahibləri - Danimarka və İsveç hokkeyçilərinin 3-cü yer uğrunda görüşü isveçlilərin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz