SSRİ hokkey komandasının sabiq qapıçısı Artur İrbe SSRİ dövründə qazandığı dünya çempionatının qızıl medallarını qaytarmağa hazır olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, sabiq qapıçının fikirlərini “Iltalehti” nəşri dərc edib.
“Mundialda növbəti dəfə görüşəndə onları rəsmi şəkildə təhvil verməyə hazıram. Onlara ehtiyacım yoxdur. Mən onları qürurla daşımıram” - deyə Artur İrbe vurğulayıb.
Daha əvvəl Artur İrbe Rusiya millisinin 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Qış İdman Oyunlarını buraxmamalı olduğunu bildirmişdi. Hazırda sabiq hokkeyçi Latviya millisində qapıçılar üzrə məşqçi kimi çalışır.
Qeyd edək ki, Rusiya millisi 2022-ci ildən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
