Kanadada faciə: üç gənc xokkeyçi yol qəzasında həlak oldu

3 Fevral 2026 18:37
95
Kanadada faciə: üç gənc xokkeyçi yol qəzasında həlak oldu

Kanadada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində gənclərdən ibarət xokkey komandasının üç üzvü həyatını itirib.

İdman.Biz xəbər verir ki, hadisə bazar ertəsi Kanadanın Alberta əyalətində qeydə alınıb. “Southern Alberta Mustangs” klubunun xokkeyçiləri məşqə yollanarkən minik avtomobili çınqıl daşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 18 yaşlı Kameron Kasorso və Cey-Cey Rayt, həmçinin 17 yaşlı Keyden Fayn dünyasını dəyişib.

İdman.Biz