ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatı çərçivəsində keçirilən “Tampa-Bey Laytninq” - “Florida Panterz” matçı meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, görüşün üçüncü hissəsinin əvvəlində oyunun gedişi kütləvi dava ilə pozulub.
“Florida”nın hücumçusu Metyu Tkaçuk “Tampa”nın lideri Nikita Kuçerovu arxadan itələdikdən sonra buz üzərində qarşıdurma yaranıb.
Dava salan Tkaçuk beş dəqiqəlik döyüş və iki dəqiqəlik bloklama cəzası alıb.
Kuçerov isə qeyri-idman hərəkətinə görə 10 dəqiqəlik cəza ilə üzləşib, epizod üzrə ümumilikdə 11 oyunçuya 137 cəza dəqiqəsi verilib.
