“Sent-Luis” klubunun və Kanada millisinin qapıçısı Cordan Binninqton NHL-də “Çikaqo” ilə oyunda yeddi şayba buraxdıqdan sonra dəyişdirilməkdən imtina edib.
İdman.Biz xəbər verir ki, baş məşqçi onu meydandan çıxarmaq istəsə də, Binninqton əvəzlənməyə razı olmayıb. Nəticədə onun əvəzinə oyuna girməli olan komanda yoldaşı Coel Hofer ehtiyat oyunçular skamyasının arxasındakı, soyunub-geyinmə otağına aparan tuneldə gizlənməyə məcbur olub.
