“Ocaq Sport”un hokkey komandası "Galaxy Cup"da bürünc medal qazanıb - FOTO

Xəbərlər
13 May 2025 11:21
68
“Ocaq Sport”un hokkey komandası "Galaxy Cup"da bürünc medal qazanıb - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hokkey üzrə "Galaxy Cup" beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda “Ocaq Sport” Klubunun 2013-15-ci il təvəllüdlülərdən ibarət komandası debüt edib.

6 klubun iştirakı ilə təşkil olunan turniri hokkeyçilərimiz bürünc medalla başa vurublar. “Ocaq Sport”un qapıçısı İlkin Qəmbərov isə komandamızın ən yaxşı oyunçusu adına layiq görülüb.

İdman.biz