Zaur Məmmədəliyev: “Beynəlxalq turnirlərdə 5 ildən sonra iştirak edəcəyimizi düşünürəm”

Müsahibə
12 Fevral 2024 18:04
Zaur Məmmədəliyev: “Beynəlxalq turnirlərdə 5 ildən sonra iştirak edəcəyimizi düşünürəm”

“Azərbaycanda 1990-1991-ci illərdə hokkey komandası yaradılsa da, sonra müəyyən səbəblərə görə dağıldı”.

İdman.biz xəbər verir ki, bunu yeni yaradılan buzüstü hokkey komandasının məşqçisi Zaur Məmmədəliyev bu gün keçirilən açıq məşqdə jurnalistlərə açıqlamasında deyib.

O, əsas məqsədlərinin hokkey idman növünü Azərbaycanda inkişaf etdirmək olduğunu bildirib: “Bu idman növündə yüksək nəticələr əldə etmək istəyirik. Hokkeyə hazırda maraq artır. Biz başlayanda 3 uşaq var idi, amma indi 20-dən çox idmançımız var. Getdikcə hokkeyə olan marağın artacağını düşünürəm. Beynəlxalq turnirlərdə isə 5 ildən sonra iştirak edəcəyimizi düşünürəm. Çünki yeni yaradılan komanda tez bir zamanda inkişaf edə bilməz. Uşaqlar çoxlu məşq etməli və bunu yiyələnməlidirlər”.

Banuçiçək Hüseynli
İdman.biz