NHL mövsümünün ən gülməli qolu qeydə alınıb - VİDEO

Xəbərlər
14 Dekabr 2025 14:15
96
NHL mövsümünün ən gülməli qolu qeydə alınıb - VİDEO

NHL-də cari mövsümün ən qəribə və gülməli epizodlarından biri yaşanıb.

İdman.Biz xəbər verir ki, “Toronto” klubunun müdafiəçisi Troy Steçer “Edmonton”la oyun zamanı inanılmaz səhvə yol verərək şaybanı təxminən bir metr məsafədən birbaşa öz qapısına göndərib.

Bu epizod matçın gedişində hər kəsi təəccübləndirib və dərhal müzakirə mövzusuna çevrilib.

Maraqlı məqam ondadır ki, Steçer cəmi bir ay əvvəl “Edmonton”un formasını geyinirdi. Bu səbəbdən də sosial şəbəkələrdə “Edmonton” azarkeşləri zarafatla onun komandaya “kömək etdiyini” qeyd edib və belə “qol vuran” müdafiəçinin geri qaytarılmasını tələb ediblər.

İdman.Biz