İlon Maskın atası KHL və NHL-i müqayisə edib

Xəbərlər
27 Oktyabr 2025 05:10
43
İlon Maskın atası KHL və NHL-i müqayisə edib

Məşhur ixtiraçı və sahibkar İlon Maskın atası, mühəndis və iş adamı Errol Mask Kontinental Hokkey Liqasının (KHL) səviyyəsi barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Errol Maskın sözlərinə görə, KHL-də oyun səviyyəsi çox yüksəkdir və bu baxımdan liqanı Şimali Amerikanın əsas turniri olan NHL ilə müqayisə etmək olar.

O, iştirak etdiyi “Ak Bars” – “Admiral” qarşılaşmasını son dərəcə dinamik və maraqlı adlandırıb.

Mask oktyabrın 25-də Kazanda keçirilən KHL matçını izləyib. O, “Ak Bars” klubunu dəstəkləyib. Tribunada komandanın şərfini taxaraq “bars”ın vurduğu qollara emosional şəkildə sevinib.

Qeyd edək ki, matç “Ak Bars”ın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki,

İdman.Biz