Azərbaycan klubunun Avrokubokdakı oyunlarını idarə edəcək hakimlər bəlli olub

16 Sentyabr 2025 23:29
242
Azərbaycan klubunun Avrokubokdakı oyunlarını idarə edəcək hakimlər bəlli olub

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” kollektivi ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

İdman.biz AZƏRTAC-a istinadən bildirir ki, matçı litvalı hakimlər - Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.

Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən "Frans Quggenberger" İdman Zalında təşkil olunacaq.

İdman.biz