Liderlərin görüşündə "Kür" üstün olub

Xəbərlər
26 Noyabr 2023 20:07
Liderlərin görüşündə "Kür" üstün olub

Həndbol üzrə Azərbaycan çempionatında 3-cü tura yekun vurulub.

İdman.biz-in məlumatına görə, hər iki oyun "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

"Kür"ün qadınlardan ibarət komandası "Bakı" ilə görüşdə çətinlik çəkməyib. Meydan sahibləri 48:8 hesabı ilə qələbə qazanıblar.

Kişilərin yarışında isə ilk iki turda maksimum nəticə göstərən komandalar üz-üzə gəliblər. "Kür" meydan amilndən istifadə edərək, "Qarabağ"ı 27:20 hesabı ilə üstün olub. Qələbə Mingəçevir təmislçisini vahid lider edib.

III tur
25 noyabr
Qadınlar
10:00. “İdman Akademiyası” – “Azəryol” – 21:41
Kişilər
12:00. “Azəryol” – “İdman Akademiyası” – 45:36
14:00. “Bakı” – “Dinamo” – 46:21

26 noyabr
Qadınlar
14:00. “Kür” – “Bakı” – 48:8
Kişilər
16:00. “Kür” – “Qarabağ” – 27:20