İyunun 7-də “AHF Arena” İdman Kompleksində 2010-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə ölkə birinciliyinin final mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, turnirdə 6 oğlan - Bakı-1, Bakı-2, Mingəçevir, Qazax, Cəlilabad, Lənkəran və 6 qız - Bakı-1, Bakı-2, Bakı-3, Gəncə, Göygöl və Tovuz komandaları iştirak edəcək.
Üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Qalib komandalar diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.
İdman.biz