Azərbaycan kubokunu "Azəryol" qazanıb

Xəbərlər
24 May 2025 17:28
32
Azərbaycan kubokunu "Azəryol" qazanıb

Qadın həndbolçuların Azərbaycan kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, finalda "Azəryol" və “Kür” qarşılaşıb.

Fasiləyə Mingəçevir həndbolçuları 1 topluq üstünlüklə yollansalar da ikinci hissədə Bakı klubu daha yaxşı oynayıb. Daha inamlı oyun göstərən "Azəryol" matçı 35:28 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, qadınların yarışında kuboka “Kür” sahib çıxıb.

İdman.biz