“Kür” ikinci görüşdə məğlub olub - FOTO

Xəbərlər
21 Oktyabr 2023 19:49
183
“Kür” ikinci görüşdə məğlub olub - FOTO

Bu gün kişi həndbolçular arasında EHF Avropa kubokunda 2-ci mərhələnin cavab görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanın “Kür” klubu da mərhələ çərçivəsində ikinci matçına çıxıb.

Komanda Mingəçevirdə Xorvatiya “Sesvete”sini qəbul edib. İlk matçda 15:30 hesabı ilə məğlub olan “Kür”ün doğma meydanda revanş arzusu reallaşmayıb. Qonaq komanda üstün oynayaraq, 10 xal fərqi ilə qələbə qazanıb.

Qeyd edək ki, görüşü gənclər və idman nazirinin müavini Mariana Vasileva da izləyib.

EHF Avropa kuboku

2-ci mərhələ, cavab oyunu
21 oktyabr
18:00. “Kür” (Azərbaycan) – “Sesvete” (Xorvatiya) - 24:34 (13:18)

Mingəçevir. Kür Olimpiya Mərkəzi
İlk oyun: 15:30

İdman.biz