Həndbolçuların Avropa Kubokundakı oyunlarının məkanı məlum olub

18 Avqust 2026 16:35
102
Həndbolçuların Avropa Kubokundakı oyunlarının məkanı məlum olub

Qadın həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun ikinci mərhələsində Kiprin APOEL klubu ilə keçirəcəyi oyunların yeri məlum olub.

Klubun idman direktoru və baş məşqçisi Fuad Yanqildin AZƏRTAC-a bildirib ki, hər iki qarşılaşma Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, oyunlar bu ilin oktyabr ayında keçiriləcək.

İdman.Biz