Yubiley çempionatda 13 komanda yarışacaq

Xəbərlər
19 Oktyabr 2023 23:43
140
Yubiley çempionatda 13 komanda yarışacaq

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı keçiriləcəyi format bəlli olub.

İdman.biz saytı xəbər verir ki, yubiley mövsümündə 7-si kişilərdən, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.

Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.

Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar. Yarışın həlledici oyunlarında “ilk dördlük”də qərarlaşan komandalar və 5-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlanacaq.

İdman.biz