Lyudmila Şubinaya 75 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub

Xəbərlər
9 Oktyabr 2023 19:16
285
Lyudmila Şubinaya 75 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub

Həndbol üzrə Olimpiya çempionu Lyudmila Şubinanın 75 illik yubileyi qeyd olunub.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasın Saleh Məmmədov tanınmış idmançıya fəxri fərman təqdim edib.

Görüşdə federasiya rəhbəri yubilyara xoş sözlərini çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Lyudmila Şubina SSRİ yığmasının heyətində Monreal-1976 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.

İdman.biz