AHF-in prezidenti Avropa Həndbol Federasiyasının rəhbəri ilə görüşüb

Xəbərlər
28 May 2024 18:57
110
AHF-in prezidenti  Avropa Həndbol Federasiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Həndbol Federasiyasının prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Avstriyaya səfər edib.

İdman.biz xəbər verir ki, o, Vyanada Avropa Həndbol Federasiyasının prezidenti Maykl Vidererlə görüşüb.

Avropa Həndbol Federasiyasının baş ofisində təşkil olunan görüşdə Azərbaycanda həndbolun inkişafı, son zamanlar görülən işlər, yaxın gələcəkdə beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Maykl Viderer ötən il Bakıda 17 yaşlı qızlar arasında Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.

İdman.biz