Simona Madzovska: “Azərbaycanla oyunun vacib olduğunu hamımız dərk edirdik”

Müsahibə
4 Aprel 2024 22:09
149
Simona Madzovska: “Azərbaycanla oyunun vacib olduğunu hamımız dərk edirdik”

“Azərbaycan millisi ilə görüşün hər birimiz üçün nə dərəcədə vacib olduğunu hamımız dərk edirdik”.

İdman.biz xəbər verir ki, bunu Şimali Makedoniya millisinin həndbolçusu Simona Madzovska deyib.

O, AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı görüşü barədə fikirlərini açıqlayıb: “Matça yaxşı başladıq və hesabda fərq yaratdıq. Amma ardınca bir az eniş yaşadıq, dərhal da toparlana bildik. Bütün qızlarımız bu görüşdə şans qazandı və dəstək gördü. 12 ildən sonra final mərhələsinə vəsiqə qazanmağımıza şadıq. Litva ilə aprelin 7-dəki qarşılaşmada da qalib gəlmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan millisinə 37:22 hesabı ilə qalib gələn Şimali Makedoniya qrupda ikinci yeri təmin edib.

İdman.biz