Alyona Barbakadze: “Baş məşqçimiz bizimlə olmadığı üçün məğlub olduq”

Müsahibə
4 Aprel 2024 10:43
Alyona Barbakadze: “Baş məşqçimiz bizimlə olmadığı üçün məğlub olduq”

“Şimali Makedoniya yığması ilə evdə oynasaq da, hesab heç də ürək açan olmadı”.

Bunu İdman.bizə Azərbaycan millisinin həndbolçusu Alyona Barbakadze deyib.

O, AVRO-2024-ün seçmə mərhələsində Şimali Makedoniya (22:37) ilə görüşü dəyərləndirib. Barbakadzenin sözlərinə görə, qələbə üçün çox çalışsalar da, bunu rəsmiləşdirə bilməyiblər: “Şimali Makedoniya Avropa səviyyəli komandadır. Rəqib çox simulyasiya etdiyi üçün mübarizə aparmaq olduqca çətin idi. Oyuna yaxşı başladıq, hər şey istədiyimiz kimi davam edirdi. Amma sonradan səhvlər etməyə başladıq. Rəqib də səhvlərimizdən çox yaxşı şəkildə istifadə etdi. Bu komandaya ilk görüşümüzdə 17:40 hesabı ilə məğlub olmuşduq. Həmin oyunda baş məşqçimiz bizimlə birgə deyildi. Ona görə də qələbə qazana bilmədik. Həmçinin səfərdə oynamaq daim çətindir. Növbəti rəqibimiz İspaniya millisidir. İndidən bilirik ki, bu rəqib qrupun lideridir. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Bunun üçün də çoxlu çalışırıq. Çünki bu rəqibə qalib gəlmək bizə ağır və çətin gəlir”.

Qeyd edək ki, Azərbaycan millisi İspaniya ilə aprelin 7-də qarşılaşacaq.

Banuçiçək Hüseynli
İdman.biz