Azərbaycan Şimali Makedoniyaya uduzub - FOTO

Xəbərlər
3 Aprel 2024 18:31
Azərbaycan Şimali Makedoniyaya uduzub - FOTO

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Aleksandr Revvanın baş məşqçisi olduğu yığma V turda Şimali Makedoniya ilə qarşılaşıb.

Həndbolçularımız son ev sınağında məğlubiyyətə üzülüblər. Millimiz səfərdə 17:40 hesabı ilə uduzduğu rəqibə bu dəfə 22:37 hesabı ilə yenilib.

Nəticədə 5-ci qrupun autsayderi olan komandamız AVRO-2024 şansını qorumaq şansını daha da çətinə salıb. Çünki son turda qrup lideri İspaniyadan xal qoparmaq inandırıcı görünmür.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar və “üçüncülər” arasında ən yaxşı dörd yığma final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2024-ün seçmə mərhələsi
5-ci qrup, V tur
3 aprel
17:00. Azərbaycan – Şimali Makedoniya - 22:37 (12:19)

Bakı İdman Sarayı

1

İspaniya

4

4

0

0

140-71

8

2

Ş.Makedoniya

5

3

0

2

147-122

6

3

Litva

4

1

0

3

116-139

2

4

Azərbaycan

5

1

0

4

118-189

2

İdman.biz