Tətillər Almaniyadakı Avropa çempionatını təxirə sala bilər

Xəbərlər
26 Dekabr 2023 23:19
168
Tətillər Almaniyadakı Avropa çempionatını təxirə sala bilər

Kişilər arasında həndbol üzrə Avropa çempionatı təxirə salına bilər.

İdman.biz xəbər verir ki, buna səbəb Almaniyada maşinistlərin tətil etməsidir.

Almaniya Həndbol Federasiyasının baş meneceri Mark Şober yanvarda keçirilmə ehtimalı olan tətillərin turnirin təşkilinə mane ola biləcəyini bildirib: “Hazırda müxtəlif ssenariləri düşünürük. Yanvar tətilləri Avropa çempionatı üçün böyük problem yarada bilər. Tərəflərin ortaq məxrəcə gələcəyinə ümid edirik. Nümayəndə heyətləri və azarkeşlərin təhlükəsiz nəqliyyatı üçün çox önəmlidir”.

Avropa çempionatı yanvarın 10-28-də keçiriləcək. Turni Almaniyanın 6 şəhərində baş tutacaq.

Qeyd edək ki, ilk tətillər dekabrda dəmir yolları konserni “Deutsche Bahn” və GDL arasında yaşanan qalmaqaldan sonra baş verib.

İdman.biz