“Kür” liderin qonağı olacaq

Xəbərlər
21 Dekabr 2023 22:12
159
“Kür” liderin qonağı olacaq

Həndbol üzrə Azərbaycan çempionatınını VI turunun proqramı bəlli olub.

İdman.biz xəbər verir ki, iki gün ərzində 6 oyun keçiriləcək.

Qadınların mübarizəsində “Kür” “Qarabağ”ın qonaq olacaq. Lider mövqeyində qərarlaşan meydan sahibləri oyunun favoriti sayılırlar. “Azəryol”un isə “Gənclərbirliyi” ilə görüşdə çətinlik çəkməyəcəyi gözlənilir.

Kişilərin yarışında lider bu tur istirahət edəcək. Bundan istifadə edən “Bakı” “Kür”lə aradakı xal fərqini azalda bilər. 3 oyundan sonra xalsız qalan “Təhsil” “Azəryol”un qonağı olacaq.

VI tur
23 dekabr
Qadınlar

12:00. “İdman Akademiyası” – “Bakı”
14:00. “Qarabağ” – “Kür”
Kişilər
16:00. “İdman Akademiyası” – “Bakı”

24 dekabr
Qadınlar

10:00 “Gənclərbirliyi” – “Azəryol”
Kişilər
12:00. “Azəryol” – “Təhsil”
14:00. “Qarabağ” – “Dinamo”

İdman.biz