Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.
İdman.Biz AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”- “AEK Afina” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.
Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
