Qazaxıstan klubundan ayrılan həndbolçu Azərbaycan komandasına transfer olunub

Xəbərlər
28 Oktyabr 2025 09:35
48
Qazaxıstan klubundan ayrılan həndbolçu Azərbaycan komandasına transfer olunub

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb.

O, komandada 25 nömrəli formada oynayacaq. 25 yaşlı oyunçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.

İdman.Biz