“Azəryol”un yeni baş məşqçisi müəyyənləşdi

Xəbərlər
20 Oktyabr 2025 09:44
48
“Azəryol”un yeni baş məşqçisi müəyyənləşdi

Kişi həndbolçulardan ibarət “Azəryol” komandasının yeni baş məşqçisi bəlli olub.

Bu barədə İdman.Biz-ə AHF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Emin Aydəmirov bu posta təyinat alıb.

Təcrübəli oyunçu Vadim Skrebtsov karyerasını köməkçi məşqçi kimi davam etdirəcək.

Bundan əlavə, “Azəryol”un heyətində mühüm dəyişikliklər olub. Heyət əsasən gənclərdən formalaşıb. Belə ki, 19 nərəflik heyətdə səkkiz həndbolçunun yaşı 20-dən aşağıdır. Altı nəfərin yaşı 25-dək, beşinin isə 25-dən çoxdur.

İdman.Biz