İsgəndər Əsgərov PAOK - “Holon Yuvalim” oyununa təyinat alıb

Xəbərlər
17 Oktyabr 2025 09:42
48
İsgəndər Əsgərov PAOK - “Holon Yuvalim” oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Bu barədə İdman.Biz-ə AHF-nin mətbuat xidmətindən məlumat verilib.

Əsgərov Avropa Kubokunun II təsnifat mərhələsində kişi həndbolçulardan ibarət Yunanıstanın PAOK və İsrailin “Holon Yuvalim” klubları arasında keçiriləcək hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Oyunlar oktyabrın 18-i və 19-da Yunanıstanın Veriya şəhərindəki “Filippio” İdman Kompleksində keçiriləcək.

İdman.Biz