Avropa kubokunun pul mükafatları bəlli olub

Xəbərlər
13 May 2025 10:29
46
Avropa kubokunun pul mükafatları bəlli olub

Avropa Gimnastikası (EG) mayın 15-18-də Bolqarıstanın Burqas şəhərində Azərbaycan komandasının iştirakı ilə keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunun mükafatlarının məbləğini açıqlayıb.

İdman.biz xəbər verir ki, fərdi yarışda "Cross Battles"ın qalibi 6 min, gümüş mükafatçı 4 min, bürünc medalçı isə 2,5 min avro qazanacaq.

Qrup hərəkətləri üzrə komandalar arasında "Cross Battles" qalibinə 10 min avro, ikinci olana 6 min, üçüncü yeri tutana isə 4 min avro veriləcək.

Avropa kubokunda çoxnövçülük yarışında təsnifatdan sonra finala yüksələcək 16 gimnast "Cross Battles" - uduzan çıxır prinsipi ilə mübarizə aparacaq.

Reqlamentə əsasən, təsnifat mərhələsində birinci yeri tutan gimnast 1/8 finalda 16-cı yerdən finala çıxan iştirakçı ilə, ikinci gimnast 15-ci ilə və s. qarşılaşacaq. Üstəlik, hər bir iştirakçı finala qədər yalnız bir növdə çıxış edəcək.

Eyni qayda qrup hərəkətləri komandalarına da aiddir.

İdman.biz