Azərbaycan gimnastı Şəms Ağahüseynova Bakıda keçirilən Avropa kubokunda fərqlənib.
İdman.biz xəbər verir ki, o, yeniyetmələrin yarışında lentlə hərəkətlərdə bürünc medal qazanıb.
Ağahüseynova çıxışına görə 24,400 xal toplayıb.
Bu yarışda qalib ukraynalı Lyubov Qoraşenko, gümüş mükafatçı isə polşalı Kseniya Jıjıx olublar.
Qeyd edək ki, Azərbaycan yığmasının hesabında artıq üç medal var. Daha əvvəl Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda qrup hərəkətlərində iki dəfə fəxri kürsüyə qalxıb. Qızlar üç top və iki halqa ilə çıxışda qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar.
İdman.biz