Azərbaycan Avropa kubokunda ikinci medalı qazanıb - YENİLƏNİR

Xəbərlər
3 May 2025 20:51
550
Azərbaycan Avropa kubokunda ikinci medalı qazanıb - YENİLƏNİR

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, qrup hərəkətləri komandamız turnirdə yığmamızın aktivinə ikinci medalı qazanıb.

Gümnastlarımız çarpaz qarşılaşmalar finalında 3-cü yeri tutublar. Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komandamız 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Qeyd edək ki, bundan Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasıAvropa kubokunun qalibi olub. Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə birinci yerə layiq görülüb.

***

17:45

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, fərdi yarışan yeniyetmələr də çıxışlarına start veriblər.

Onlar halqa, top, gürz və lentlə finalda yerlər uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları üç finala yüksəliblər. Azadə Atakişiyeva lentlə, Şəms Ağahüseynova isə top və lentlə finalda çıxış edəcəklər.

***

13:03

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, yeniyetmələrdən ibarət qrup komandalarının mübarizəsində Azərbaycan gimnastları iki növdə finala çıxıblar.

***

11:45

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü gününü çoxnövçülükdə ən güclüləri müəyyənləşdirən yeniyetmələrdən ibarət qrup komandaları açıblar.

Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komandamız beş halqa və beş cüt gürzlə kompozisiyalar nümayiş etdiriblər. Ümumilikdə 41,000 xal toplayan gimnastlar yeddinci yeri tutublar.

Yarışda Bolqarıstan komandası qalib gəlib, ukraynalılar ikinci, israillilər isə üçüncü olublar.

***

09:07

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü gününü çoxnövçülükdə ən güclüləri müəyyənləşdirəcək yeniyetmələrdən ibarət qrup komandaları açacaqlar.

Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komandamız beş halqa və beş cüt gürzlə kompozisiyalar nümayiş etdirəcək.

Daha sonra fərdi yarışacaq yeniyetmələr çıxış edəcəklər. Onlar halqa, top, gürz və lentlə finalda yer almaq uğrunda mübarizə aparacaqlar. Ölkəmizi Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil edəcəklər.

Qrupların və fərdi çıxışların nəticələrinə əsasən, komanda birinciliyinin qalibləri müəyyənləşəcək.

Proqramın axşam hissəsində böyüklərdən ibarət qrup komandaları arasında çoxnövçülük üzrə "Cross Battle" keçiriləcək. Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komandamız pley-off mərhələsində Estoniya ilə qarşılaşacaq.

Qeyd edək ki, bir gün əvvəl qrupumuz üç top və iki halqa ilə hərəkətlərdə qızıl medal qazanmışdı.

İdman.biz

Məqalədə: