Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.
İdman.biz xəbər verir ki, azərbaycanlı Kamilla Seyidzadə çoxnövçülükdə finala yüksəlib.
Dörd növdə çıxışların nəticələrinə əsasən, o, 99,750 xal toplayıb və təsnifatda 16-cı yeri tutaraq finala yüksəlib. Final isə bazar günü "Cross Battle" formatında keçiriləcək.
Çoxnövçülüyün təsnifatında birinci yeri ukraynalı Taisiya Onofriyçuk (113,750), ikinci yeri italiyalı Tara Draqaş (110,050), üçüncü yeri isə Ukraynanın digər təmsilçisi Polina Karika (106,900) tutublar.
Çoxnövçülüyün nəticələrinə əsasən, növlər üzrə ən yaxşılar müəyyənləşib.
Lentlə yarışmada Taisiya Onofriyçuk (Ukrayna) qalib gəlib, Lian Rona (İsrail) gümüş, Polina Karika (Ukrayna) isə bürünc medal qazanıblar.
Topla hərəkətlərdə Sofiya Raffaeli (İtaliya) qələbə qazanıb, ikinci yeri Lola Curayeva (Özbəkistan), üçüncü yeri isə Taisiya Onofriyçuk (Ukrayna) tutublar.
Gürzlərlə çıxışda Taisiya Onofriyçuk (Ukrayna) qalib gəlib, Tara Draqaş (İtaliya) gümüş, Dara Malinova (Bolqarıstan) isə bürünc medal qazanıblar.
Lentlə hərəkətlərdə yenə Taisiya Onofriyçuk (Ukrayna) birinci olub, sonrakı mövqelərdə isə Tara Draqaş (İtaliya) və Amaliya Lika (Rumıniya) qərarlaşıblar.
***
11:52
Bakıda bədii gimnastika üzrə Avropa kuboku turniri davam edir.
İdman.biz xəbər verir ki, bu gün yarışda ilk mükafatlar təqdim olunacaq.
İkinci gün gürz və lentlə hərəkətlərdə bacarıqlarını nümayiş etdirən fərdi yarışçıların çıxışları ilə açılıb. Azərbaycanlı gimnast Gövhər İbrahimova dörd yarışın cəmində 94,950 xal toplayaraq çoxnövçülükdə 10-cu yerdə qərarlaşıb.
Daha sonra Kamilla Seyidzadə öz bacarığını nümayiş etdirəcək.
Birinci sessiyadan sonra çoxnövçülükdə lider ukraynalı Polina Karikadır (106,900), ikinci yerdə macarıstanlı Fanni Piqnitski (105,750), üçüncü yerdə isə rumıniyalı Amaliya Lika (105,500) qərarlaşıblar.
***
09:00
Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.
İdman.biz xəbər verir ki, bu gün ilk medallar təqdim olunacaq.
İkinci günü gürz və lentlə çıxış edəcək fərdi yarışçılar açacaqlar. Azərbaycanlı gimnastlar Kamilla Seyidzadə və Gövhər İbrahimova da öz bacarıqlarını nümayiş etdirəcəklər.
Onlar çoxnövçülük üzrə finalçıları, eləcə də hər növdə ən yaxşıları müəyyənləşdirəcəklər.
Sonra halqa, top, gürz və lentlə hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
Sonra iki nömrə göstərəcək qrupların çıxışları başlayacaq. Birincisi - beş lentlə, ikincisi isə üç top və iki halqa ilə.
Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət qrupumuz üçün bu, ilin ilk turniri olacaq.
Yarış günü iki hərəkətdə qrup komandalarının mükafatlandırılması ilə başa çatacaq.
Ümumilikdə Avropa kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.
İdman.biz