Ləman Əlimuradova: "Milli Gimnastika Arenasında Azərbaycan Himnini səsləndirmək qürurverici hissdir"

Xəbərlər
2 May 2025 18:23
223
Ləman Əlimuradova: "Milli Gimnastika Arenasında Azərbaycan Himnini səsləndirmək qürurverici hissdir"

"Bizim üçün mövsümün ilk yarışı idi".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Ləman Əlimuradova deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Milli Gimnastika Arenasında birinci olmaq və Azərbaycan Himnini səsləndirmək qürurverici hissdir. Bizdə iki yeni proqram var idi. Komanda yoldaşlarımla fəxr edirəm.Xalqımızı sevindirdiyimiz üçün şadıq".

Qeyd edək ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman.biz