Kamilla Seyidzadə Avropa kubokunda Taisiya Onofriyçuka rəqib olub

Xəbərlər
2 May 2025 17:44
256
Kamilla Seyidzadə Avropa kubokunda Taisiya Onofriyçuka rəqib olub

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda çoxnövçülük üzrə yarışın 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu mərhələdə Azərbaycan idmançısı Kamilla Seyidzadə də daxil olmaqla, 16 idmançı mübarizə aparacaq.

Bədii gimnastımızın finala 16-cı yerdən çıxdığını nəzərə alsaq, o, halqa ilə hərəkətdə çoxnövçülüyün lideri ukraynalı Taisiya Onofriyçukla yarışacaq.

Çoxnövçülük üzrə 1/8 finalın cütlükləri:
Taisiya Onofriyçuk (Ukrayna) - Kamilla Seyidzadə
Tara Draqaş (İtaliya) – Lian Rona (İsrail)
Polina Karika (Ukrayna) – Anna Veysner (Macarıstan)
Sofiya Raffaeli – Valeriya Valaseviç (Estoniya)
Fanni Piqnitski (Macarıstan) – Oleksandra Şalueva (Bolqarıstan)
Amaliya Luka (Rumıniya) – Andrea Verdes (Rumıniya)
Lola Jurayeva (Özbəkistan) - Mişel Nesterova (Özbəkistan)
Daniela Muniz (İsrail) - Dara Malinova (Bolqarıstan)

Qeyd edək ki, Avropa kuboku mayın 4-də başa çatacaq.

İdman.biz